“Atletiko” “Bavariya” səddini keçərək finala vəsiqə qazandı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Atletiko” “Bavariya” səddini keçərək finala vəsiqə qazandı - VİDEO

10:31 - 04 / 05 / 2016
“Atletiko” “Bavariya” səddini keçərək finala vəsiqə qazandı - VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, ilk olaraq “Bavariya” ilə “Atletiko” münasibətlərinə aydınlıq gətiriblər.

Madriddə keçirilmiş ilk görüşdə minimal hesabla “Atletiko”ya məğlub olan “Bavariya” cavab matçında rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, bu, finala çıxmaq üçün yetərli olmayıb. Belə ki, iki oyunun nəticəsində görə “Atletiko” adını ilk olaraq finala yazdıran tərəf olub.

Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

3 may

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:1

Qollar: Xabi Alonso, 31, Levandovski, 74 - Qrizman, 54

İstifadə olunmayan penaltilər: Müller, 34 (qapıçı) - Torres, 84 (qapıçı)

İlk oyun - 0:1

1news.az

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər