Maliyyə Nazirliyinin 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib
“Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 44,5 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 15 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 97,1320 (gəlirlilik 12,0075 faiz), orta ölçülmüş qiyməti isə 97,2377 (gəlirlilik 11.5524 faiz) səviyyəsində müəyyən edilib.
İstiqrazlar avqustun 2-də ödəniləcək.
1news.az
642