Euro-2016: Azərbaycan Portuqaliyadan sarsıdıcı məğlubiyyətə uğrayıb, Belçika isə Şotlandiyanı udub – FOTO -YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Futbol

Euro-2016: Azərbaycan Portuqaliyadan sarsıdıcı məğlubiyyətə uğrayıb, Belçika isə Şotlandiyanı udub – FOTO -YENİLƏNMƏ

22:30 - 05 / 05 / 2016
Euro-2016: Azərbaycan Portuqaliyadan sarsıdıcı məğlubiyyətə uğrayıb, Belçika isə Şotlandiyanı udub – FOTO -YENİLƏNMƏ

Bu gün Bakıda Futbol üzrə Avropa Çempionatı (U-17) başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, günün son matçında Azərbaycan Portuqaliyaya 0:5 hesabı ilə uduzub. Joze Homeş iki top vurub. Miqel Luiş, Hedson Fernandeş və Elçin Əsədov hərəsi bir dəfə öz qapılarına top vurub.

44-cü dəqiqə. Hedson Miqel Luişə yardım edərək hesab 4:0 qonaqların xeyrinə olur.

47-ci dəqiqə. Joze Homeş qeyri-dəqiq.

48-ci dəqiqə. Oyunda ilk əvəzləmə. Qonaqlardan Kuin Miqel Luişin əvəzinə çıxır.

49-cu dəqiqə. Ev sahiblərindən ilk əvəzləmə. Pilağa Mehdiyev Ceyhun Muxtarlının əvəzinə çıxır.

50-ci dəqiqə. Dioqo Kosta qonarları Mehdiyevin zərbəsindən xilas edir.

53-cü dəqiqə.Nadiq Qasımov Doöukan Öksüzü əvəz edir.

59-cu dəqiqə. Mikael almeyda Joze Homeşi əvəz edir.  

63-cü dəqiqə. Kuinya qeyri-dəqiq vurur.

71-ci dəqiqə.Leaonun zərbəsi müdafiəçilər tərəfindən blok edilir.

76-cı dəqiqə. Hedson Fernandeş güclü zərbə ilə qonaqların hesablnl 5:0 edir.

78-ci dəqiqə. Süleyman Əhmədov Fərid Nəsibpvun əvəzinə çıxır.

80+3-cü dəqiqə. Hakim final fitini verir.

21:08

3-cü dəqiqə. Portuqaliyalılar təşəbbüsü ələ alaraq küncdən hüquq əldə ediblər.

4-cü dəqiqə. Küncdən atılan top Joze Homeşin uğuru ilə nəticələnib.

6-cı dəqiqə. Ruben Vinaqre cərimə küncündən köndələnə vurur.

11-ci dəqiqə. Komandamız küncdən top vurma hüququnu əldə edib. Daha sonra portuqaliyalılar topu qapılarından uzağa apara biliblər.

16-cı dəqiqə. Joze Homeş kobud səhvdən sonra ev sahiblərini qapısına ikinci topu vurub.

1news.az ilkin tərkibi açıqlayır:

Azərbaycan - Məmməd Huseynov, Hüseyn Seyliqli, Ricat Qarayev, Elçin Əsədov, İbrahim Qədirzadə, Fərid Nəbiyev, Mətin Gülər, Doğukan Öksüz, İsmayıl Karakaş, Ceyhun Muxtarlı, Barış Ekincer;

Portuqaliya - Dioqo Kosta, Dioqo Dalot, Dioqo, Kueyroş, Ruben Vinaqre, Qedson Fernandeş, Joao Felipe, Luiş Miqel, Joze Homeş, Mesaku Dju, Dioqo Leyte, Florentino.

A və B qruplarında 4 oyun keçiriləcək.

Oyunun ilk günü 14:00-da “Baksel Arena” stadionunda Avstriya Bosniya və Hersoqovinaya məğlub olub.

Saat 17:00-da Olimpiya Stadionunda Ukrayna ilə Almaniyanın görüşü baş tutub, burada hesab 2:2 ilə bitib.

Saat 19:00-da “Baksel Arena” stadionunda Belçika-Şotlandiya oyunu başlayıb. Birinci taymdan sonra hesab açılmayıb. 19:30-da Olimpiya stadionunda çempionatın açılış mərasimi olub ki, bunun ardınca Azərbaycanla Portuqaliya yığmasını oynayıb.  

B qrupu

Avstriya – Bosniya və Herseqovina - 2:0. Matç bitdi.

Qollar: Kristof Baumqartner, 18 (1:0). Kristof Baumqartner, 35 (2:0).

 

14:00. "Baksel Arena" stadionu

Əsas hakim – Pyotr Ardelenu (Çexiya).

Ukrayna – Almaniya - 2:2. Matç bitdi.

Qollar: Denis Yanakov, 33 (1:0). Yari Otto 37 (1:1). Serqey Bulesa, 67 (2:1). Sem Frensis Şrek, 74 (2:2).

 

17:00. Olimpiya stadionu

Əsas hakim – Gülnar Yarl Yonsson (İslandiya)

1-ci turdan sonra yarış vəziyyəti: 1. Avstriya - 3 xal; 2-3. Ukrayna - Almaniya - 1; Bosniya və Herseqovina - 0.

"A" qrupu

Belçika – Şotlandiya - 0:0. İkinci taym gedir.

19:00. "Baksel Arena"

Əsas hakim– Piter Kraloviç (Slovakiya)

Azərbaycan – Portuqaliya

 

20:00. Olimpiya stadionu

Əsas hakim – Bartoş Frankovskidir (Polşa)

1news.az

Paylaş:
1417

Sizin üçün xəbərlər

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər