Brent nefti yenə də 45 dollara qayıtdı
London və Nyu-Yorkun fond birjalarındakı əməliyyatlar göstərir ki, neftin qiyməti tədricən artır.
1news.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,57% artaraq 45,32 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,03% artaraq 44,67 dollar təşkil edib.
1news.az
623