PASHA Bank Baku City CIRCUIT-in bank tərəfdaşı oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

PASHA Bank Baku City CIRCUIT-in bank tərəfdaşı oldu

14:00 - 06 / 05 / 2016
PASHA Bank Baku City CIRCUIT-in bank tərəfdaşı oldu

May ayının 6-da Azərbaycanın PASHA Bank kommersiya bankı və Baku City CIRCUIT əməliyyat sistemi qarşılıqlı anlaşma haqqında Memorandum imzalayıb.

1news.az xəbər verir ki, memorandumu PASHA Bankın İdarə Heyətinin üzvü Aydın Atakişiyev və  Baku City CIRCUI-ın kommersiya şöbəsinin başçısı Bülənt Özerdim imzalayıb.

Əldə olunan razılığa əsasən PASHA Bank Baku City CIRCUIT-ə bank xidmətləri göstərəcək.

Memorandumun əsas məqsədi tərəfdaşlıq əlaqələrinin yaradılması və müxtəlif birgə tədbirlərin təşkilidir.

Tərəflərin öz üzərinə götürdüyü  öhdəliklərə əsasən, onlar bir birinə göstərdikləri biznes xidmətlərlə əlaqədar geniş ictimaiyyəti xəbərdar etməlidir.

1news.az

 

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər