Kreditlərin yeni şərtlərlə verilməsi Azərbaycandakı mikroiqtisadi vəziyyəti stabilləşdirəcək-Ekspert | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kreditlərin yeni şərtlərlə verilməsi Azərbaycandakı mikroiqtisadi vəziyyəti stabilləşdirəcək-Ekspert

17:05 - 06 / 05 / 2016
Kreditlərin yeni şərtlərlə verilməsi Azərbaycandakı mikroiqtisadi vəziyyəti stabilləşdirəcək-Ekspert

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunan yeni şərtlər əsasında istehlak kreditlərinin verilməsi ölkədə makroiqtisadi vəziyyətin stabilləşməsinə səbəb olacaq.

Bunu  1news.az-a müsahibəsində iqtisadçı Oqtay Haqvediyev bildirib.

Mayın 4-də MBNP-nin qərarına əsasən Azərbaycanda istehlak kreditlərinin xarici və milli valyuta ilə verilməsi ilə bağlı yeni qaydalar tətbiq olnacaq. Bank yatirımı olmayan yaxud gəliri göstərilməyən şəxslərə istehlak kreditinin verilməsi ilə bağlı Palatanın qadağası qüvvədə qalıb. Bundan əlavə 6 maydan etibarən daşınmaz əmlakın alınması üçün kreditlərin verilməsi də qadağan olunur.

Eyni zamanda xarici valyuta ilə artıq verilmiş kreditlərin restrukturizasiyası üçün imkan yaradır. Borc alanın borc yükünə əsasən məhdudiyyət tətbiq olunacaq. Bu məqsədlə, borcalanın gəlirlərindən asılı olaraq borc yükü və kredir məbləği –onun təminatına nisbəti nəzərə alınacaq.

O.Haqverdiyevin sözlərinə görə, milli valyutanın devalvasiyasından sonra Azərbaycan iqtisdiyyatı bəzi çətinliklərlə üzləşib.

“Manata olan güvən xeyli dərəcədə azalıb ona görə də hazırda manat  kütləsinin azlığı müşahidə olunur. Belə ki, 2015-ci ildə dövriyyədə 11 milyard manat var idisə, bu gün həmin göstərici 5 milyard manata enib. Dollar kütləsi isə düz mütənasib olaraq qalxıb. Bütün bunlar disbalansa və ölkənin bank sistemində gərginliyin yaranmasına gətirib çıxardı”- o, deyib.

Ekspert onu da bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bir sıra məsələləri həll etmək imkanı olan qurumdur. Onun sözlərinə görə ilk vaxtlar Palatanın yaradılmasında məqsəd qayda-qanun yaratmaq, maliyyə bank sisteminin fəaliyyətini balaslaşdırmaq olub. Onun səlahiyyətlərinə bankların fəaliyyətinin tənzimləmək,hətta bəzi məhdudiyyətlərin tətbiqi də daxildir.

Bununla yanaşı O. Haqverdiyev qeyd edib ki, Palata banklara nəyi sə qadağan edə bilməz.

O yalnız müəyyən tövsiyyələr verə bilər. Onlara əməl edib –etməmək bankların öz qərarıdır. Belə ki qanunvericiliyə görə kommersiya bankları öz fəaliyyətində sərbəstdir. Kommersiya banklari öz problemlərini həll etmək, o cümlədən müstəqil şəkildə ləğv etmək səlahiyyətinə sahibdir. AR “banklar haqqında” qanununa əsasən bu və ya digər valyutada kreditlərin verilməsi fəaliyyətində heç bir məhdudiyyəti yoxdur.

Buna baxmayaraq vəziyyəti nəzərə alaraq banklar MBNP-nin tövsiyyələrinə əəməl etməlidir. “Başa düşmək lazımdır ki, Palata ümumi pul kütləsində disbalansın aradan qaldırılması ilə bağlı bütün prosesləri tənzimləyir. Bank sistemini krizisəqədərki vəziyyətə qaytarmaq əsas strateji məqsəddir”, -O.Haqverdiyev bildirib.

O, qeyd edib ki, MBNP-nın mayın 4-də qəbul etdiyi qərar valyuta disbalansının likvidlik nöqteyi-nəzərindən doğrudur:

Nəinki banklar, həmçinin ölkənin maliyyə-büdcə sistemi də sağlamlaşdırılacaq. Yəni, Palata tərəfindən istehlak kreditləri ilə bağlı tətbiq edilən məhdudiyyətlər yalnız kredit təşkilatları, bank sistemləri üçün deyil, həmçinin ümumilikdə ölkənin iqtisadiyyatını sağlanlaşdıracaq”.

Xatırladaq k, 2016-cı ilin aprelin 5-dən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının (MBNP) növbəti iclası zamanı Azərbaycanda banklar əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini dayandırıb.

Banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi mayın 5-nə qədər dayandırılıb. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır”, - MBNP-nin press-relizində qeyd olunub.

Həmçinin məlumatda qeyd olunur ki, bir ay ərzində (5 may 2016-cı ilə qədər) Palata istehlak kreditlərinin xarici valyutada verilməsi ilə bağlı yeni tənzimləyicilər tətbiq edəcək.

Bundan əlavə, aprelin 22-də  Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektoru nümayəndələri ilə görüşərək hazırda kredit təşkilatlarının qarşılaşdığı problemlər, bəzi kateqoriyadan olan vətəndaşlara, əsasən də pensiyaçılara kreditlərin verilməsinin dayandırılması ilə bağlı geniş müzakirələr aparıb.

Qeyd edək ki, bu tədbirlər Azərbaycanda maliyyə sabitliyi və istehlakçıların hüquqlarının qorunması məqsədilə tətbiq edilib.

1news.az

Paylaş:
1300

Son xəbərlər

Bütün xəbərlər