Xalq Bank lotereyasının növbəti tirajının qalibləri müəyyən oldu
May ayının 5-də Xalq Bank plastik kart sahibi olan müştərilərinin iştirakı ilə “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının ikinci tirajı keçirildi.
Tiraj komissiyasının tam tərkibdə üzvlərinin nəzarəti ilə keçirilən uduşda 55 469 bilet iştirak edib. Uduşda aprel ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak ediblər. “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın ikinci uduşunda bilet № 14340439 - Paşayev Seyfulla Qədimulla oğlu; bilet № 14375446 - Əliyev Əli Əli oğlu və bilet № 14353759 - Mövsümov Yaqub Qəni oğlu qalib gəlib.
Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxil olmaqla) əldə etdilər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.
“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. Növbəti tiraj iyun ayının 6-da baş tutacaq. Bu tirajda may ayının 1-dən 31-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər.
Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.