AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

17:16 - 10 / 05 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” və “Neftçi” klublarının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunur (maddə 52.2).

Oyunun 113 - cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXXIII turunun “Zirə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXXIII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

Əvəzedici heyətlərin XXXIII turunun “Zirə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 28 №-li futbolçusu Vəzir Musayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XXV turunun “Şahdağ” – “Şərurspor” matçında “Şahdağ” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir klub 500 manat cərimə olunur  (maddə 56).

I Divizionun XXV turunun “Energetik” – “Göyəzən” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXV turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 19 №-li futbolçusu Rüfət Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXV turunun “Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

“Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir.

Oyunun 18-ci dəqiqəsində “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq oyunda fasilə yaranmasına səbəb olması, habelə hakimlər briqadasını təhqir edərək  hədə-qorxu gəlməsini və bu halın analoji olaraq ardıcıl baş verdiyini nəzərə alaraq məşqçinin 12 ay futbol fəaliyyətinə qadağa qoyulur, klub 1500 manat cərimə olunur (maddə 80).

“Şəmkir” klubu meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq klub 1000 manat cərimə olunur(maddə 53.2).

1news.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər