Diyarbəkirdə törədilən partlayış nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb - YENİLƏNMƏ
Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb.
1news.az-ın Türkiyə KİV-inə istinadla verdiyi xəbərə görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir.
“Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”, - deyə məlumatda bildirilir.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
19:00
Mayın 10-da Türkiyənin Diyarbakır vilayətinin mərkəzində - Bağlar qəsəbəsində PKK terrorçuları tərəfindən polis əməkdaşlarına qarşı silahlı hücum edilib.
1news.az-ın Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, hücum nəticəsində terrorçular tərəfindən bomba partladılıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomaşınları və təhlükəsizlik qüvvələri cəlb edilib.
Silahlı hücum nəticəsində ölən və ya yaralananlar barədə araşdırma aparılır.
1news.az