Məleykə Abbaszadə: “Builki qəbul imtahanları yanvar ayında çap olunan qaydalara əsasən keçiriləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə: “Builki qəbul imtahanları yanvar ayında çap olunan qaydalara əsasən keçiriləcək”

11:42 - 10 / 05 / 2016
Məleykə Abbaszadə: “Builki qəbul imtahanları yanvar ayında çap olunan qaydalara əsasən keçiriləcək”

Bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: "İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib".

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında deyib: "Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq".

M. Abbaszadə əlavə edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: "İxtisasların müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".

1news.az

 

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər