Rövnəq Abdullayev: “İnsan resurslarının inkişafı hər zaman SOCAR-ın diqqət mərkəzindədir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev: “İnsan resurslarının inkişafı hər zaman SOCAR-ın diqqət mərkəzindədir”

14:50 - 11 / 05 / 2016
Rövnəq Abdullayev: “İnsan resurslarının inkişafı hər zaman SOCAR-ın diqqət mərkəzindədir”

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmişə insan resurslarının inkişafını diqqət mərkəzində saxlayır”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda “HR resurslar transformasiyası” layihəsinin təqdimatı zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bəyan edib.

Layihə SOCAR-la birlikdə dünyaca məşhur SAP İT şirkəti həyata keçirəcək.

R.Abdullayevin sözlərinə görə, HR resurlarının inkişafı məsələsi SOCAR-ın transmilli şirkət olaraq transformasiya istiqamətində vacib məsələlərdən biridir. Məhz insann resurslarının inkişafı rəqabət üstünlüyü kimi strateji nailiyyətə kömək edəcək:

“Bu sahədə SOCAR uzun illərdir ki, korporativ strategiya ilə razılaşaraq kompleks tədbirlər həyata keçirir. Bunlar arasında – peşəkar məktəb və təhsil müəssisələri vardır ki, burada neft-qaz sahəsində peşəkar və ixtisaslı kadrların hazırlanması həyata keçirilir. Həmçininin şirkətimizdə çalışmaq üçün nüfuzlu universitetlər gənc kadrların təhsil alması üçün maliyyələşdirilir”.

SOCAR rəhbəri qeyd edib ki, 2008-ci ildən şirkət SAP şirkətinin müxtəlif modullarını, eləcə də HR modulunu tətbiq edir:

“Hazırki fəaliyyəti davam etdirmək və idarəetmənin effektiv tətbiq üsulu prinsiplərinə cəhd edərək SOCAR “İşə qəbul”, “Xidmət fəaliyətnin qiymətləndirilməsi və karyera planlaması”, “Test üsulu ilə biliklərin yoxlanılması”, “Kursların təşkili”, “Əməkdaşlarla əlaqə” kimi beynəlxalq təcrübə əsasında beynəlxalq standartlara cavab verən metodoloji sənədləşmə hazırlayıb.

Nəticə də biz, qısa zaman ərzində namizədlərin işə qəbulu və biliklərinin yoxlanılması istiqamətində tam, operativ və maksimal dərəcədə şəffaflığa nail ola bildik. Bundan əlavə, bu proseslərin informasiya kommunikasiya texnologiyaları vasitəsilə tətbiqi namizəd və əməkdaşlarla daha effektli əlaqə yaratmağa imkan verdi”.

R.Abdullayev həmçinin qeyd etdi ki, əməkdaşların iş fəaliyyətinin qiymətlndirilməsi və onların gələcək karyera planlaması ilə bağlı SOCAR bir neçə müəssisədə pilot layihələr tətbiq edib. 2014-cü ildən isə HR portal fəaliyyətə başlayıb ki, burada şirkətdaxili əməkdaşlar arasında effektli idarəetmə əlaqəsi nəzərdə tutulub.

1news.az

 

Paylaş:
1178

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər