Bakının bəzi rayonlarında və Qəbələdə təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı şəhərinin Sabunçu, Binəqədi, Nərimanov rayonlarında və Qəbələ rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
1news.az-ın “Azəriqaz” İctimai Birliyinə istinadən verdiyi xəbərə görə, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 millimetrlik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 9:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələdə və rayonun Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.
1news.az