Qazla təmin edilən abonentlərin sayı açıqlanıb
Bu ilin aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 945 yeni abonent qeydiyyata alınıb.
1news.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bunun 2484-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8461-i isə regionların payına düşüb.
Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyon 898 min 433-ə çatıb.
Mayın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 129878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
1news.az
578