SKMF Ağcabədidə investisiya layihələrinin qəbuluna başlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

SKMF Ağcabədidə investisiya layihələrinin qəbuluna başlayır

12:20 - 12 / 05 / 2016
SKMF Ağcabədidə investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu il mayın 6-da Ağcabədi rayonunun Rəncbərlər kəndində işgüzar forum keçirib.

1news.az xəbər verir ki, forumun nəticəsi olaraq sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer, intensiv bağçılıq, tərəvəzçilik və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

- ixtisaslaşdırılmış “yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

1news.az

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər