Nəqliyyat sektorunda yükdaşımaların qiyməti 39,8% bahalaşıb
Cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 39,8% artıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə cari ilin aprel ayında isə mart ayına nisbətən yükdaşıma qiymətləri 4,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 5,9 və 5,5%, ölkələrarası yükdaşıma qiymətləri hava və dəmir yolu nəqliyyatında 5,5%, dəniz nəqliyyatında 5,6%, avtomobil nəqliyyatında 1,8% azalıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.
1news.az
599