Avstraliyanın İraqdakı səfirliyinin mühafizəçisi güllələnib
Avstraliyanın xarici işlər naziri Culi Bişop bu ölkənin İraqdakı səfirliyinin mühafizəçisinin Bağdadda öldürüldüyünü xəbər verib.
1news.az-ın “The Guardian”-a istinadla verdiyi xəbərə görə, Avstraliya rəsmisi bu gün 34 yaşlı mühafizəçinin öldürüldüyünü, onun "Unity Resources Group" kompaniyasının əməkdaşı olduğunu bildirib.
Nazirliyin yaydığı açıqlamada mühafizəçinin İraqın paytaxtında səfirliyin əməkdaşlarının mühafizəsi ilə məşğul olduğu qeyd edilib.
Ölkənin bir sıra media orqanları səfirliyin mühafizəçisinin silahlı toqquşmalardan birində güllələndiyini qeyd edib. Lakin bəzi mətbu orqanlar isə onun snayperdən aşılan atəşlə öldürüldüyünü xəbər verirlər.
1news.az
503