Azərbaycan və ABŞ Samuxda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və ABŞ Samuxda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir - FOTO

11:49 - 13 / 05 / 2016
Azərbaycan və ABŞ Samuxda sosial-iqtisadi inkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir - FOTO

May 12-də Samux rayonunun Qədili kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) icmada qeyri-içməli su təminatının yaxşılaşdırılması layihəsinin başa çatmasını qeyd etmək üçün bir araya gəldilər.

Bu haqda 1news.az-a ABŞ Səfirliyindən verilən məlumata görə, layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib.

Qədili kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd sakinləri uzun müddət qeyri-içməli su çatışmazlığından əziyyət çəkirdi. Xüsusilə qadın və uşaqlar bu problem üzündən əziyyət çəkirdi çünki uzaqda yerləşən artezianlardan su gətirmək öhdəsi onların üzərinə düşürdü. SEDA proqramının dəstəyilə icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək artezianların birində 12 tonluq su çəni quraşdırdı və onu biri kənd məktəbinin həyətində olmaqla icma boyu 93 krana birləşdirdi. Layihə nəticəsində kəndin 400-dən artıq sakininin həyat səviyyəsi və sanitar şəraiti yaxşılaşacaq.

Bugünə kimi, EWMI/SEDA Azərbaycanın 65 icmasında 96,500-dən çox insana fayda verən 73 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı genişləndirmək üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət orqanları arasında əməkdaşlığı təşviq edir.

1news.az

Paylaş:
714

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər