Baş məşqçidən açıqlama: "Erməniləri yaxşıca döydük"
Ukraynada kunq fu və uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava düşüb.
Azərbaycan yığmasının baş məşqçisi, dəfələrlə dünya və avropa Çempionu olan Ramil Allahverdiyev hadisə ilə bağlı azvision.az-a danışıb.
İdmançımız bildirib ki, davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır.