Azərbaycanlı məktəblilər ABŞ-da keçirilən sərgidə uğur qazanıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı məktəblilər ABŞ-da keçirilən sərgidə uğur qazanıblar - FOTO

13:34 - 16 / 05 / 2016
Azərbaycanlı məktəblilər ABŞ-da keçirilən sərgidə uğur qazanıblar - FOTO

Azərbaycanlı ktəblilər ABŞ-ın Arizona ştatın Finiks şərində InteI ISEF – Intel Beynəlxalq Elm ndislik rgisində ur qazanıblar.

1news.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu il Finiks şəhərində təşkil edilən sərgiyə 77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə Azərbaycanı “Sabahın alimləri” V respublika müsabiqəsinin qalibləri – Bakı Avropa Liseyinin XI sinif şagirdləri Arzu Məmmədova, Nərmin Aydarova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Mədət Sərdarlı, XI sinif şagirdi Nigar Sərdarlı, həmin liseyin 10-cu sinif şagirdləri Ayşən Əliyeva və Əli Əliyev təmsil ediblər.

Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atıblar. Belə ki, münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.

Qeyd edək ki, bu, məktəblilərin 2012-ci ildən sonra sözügedən sərgidə qazandıqları ilk əsas mükafatıdır. Qaliblərə pul mükafatı və diplomlar verilib.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər