Bakı və Abşeron rayonunda yeni piyada keçidləri tikiləcək
Respublikanın Bakı və Abşeron rayonunda 2 yeni yerüstü piyada keçidi tikilərək istifadəyə veriləcək.
1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbərinin verdiyi məlumata görə, piyada keçidlərinin biri Bakı-Sumqayıt şossesi – Ceyranbatan qəsəbəsində, digəri isə akademik H. Əliyev küçəsi, (keçmiş İnqilab) Müəllimlərin İxtisasartırma İnstitutu yaxınlığında tikilməsi planlaşdırılır.
“Hal- hazırda tikinti işlərinə başlamaq üçün layihə smeta sənədləri hazırlanır”,- deyə A.Nəcəfli bildirib.
1news.az
408