“Seeds for the Future” – Huawei şirkətindən Azərbaycan tələbələri üçün inkişaf proqramı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Seeds for the Future” – Huawei şirkətindən Azərbaycan tələbələri üçün inkişaf proqramı

11:00 - 16 / 05 / 2016
“Seeds for the Future” – Huawei şirkətindən Azərbaycan tələbələri üçün inkişaf proqramı

Dünya lideri olan Huawei Azərbaycanda flaqman korporativ məsuliyyət proqramı “Seeds for the Future”-in başlanmasını elan etdi.

2015-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev, Huawei şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarət etdi və orada qeyd etdi ki, Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının (IKT) inkişafına böyük diqqət yetirir və eyni zamanda Huawei-in bu prosesdə həlledici rolu var.

Azərbaycan hökuməti eyni zamanda, gəncləri qlobal təcrübə toplamağa və beynəlxalq əlaqələri gücləndirməyə cəsarətləndirmək arzusundadır. Azərbaycanın Rabitə və yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edən Huawei, İKT sektorunda gəncləri kəşf etmək və inkişaf etdirmək üçün “Seeds for the Future” proqramına start verir.

Bu proqram, yerli İKT bacarığını inkişaf etdirmək, biliyin ötürülməsi prosesini gücləndirmək və qabiliyyətli ETMM tələbələrinin bacarıqlarını və həyat imkanlarını artırmağa cəhd edir. Azərbaycandan bu proqrama qatılan universitetlər; Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universitetidir. Münsiflər heyəti İKT biliyinə malik ən yaxşı 6 tələbəni seçərək Çində bu tələbələrin həyatını dəyişə bilən bir səfər təşkil edəcək.

Çindəki ikihəftəlik proqram Pekində vaxt keçirməklə başlayır və burada tələbələr Çin mədəniyyətini və Mandarin dilini öygənmək şansını əldə edir. Daha sonra tələbələr, öz vaxtlarını, Huawei-in Şenzen düşərgəsində İKT başlıca texnologiyası, mobil, şəbəkə və bulud hesablama üzrə uzunmüddətli cərəyanlar barədə öyrənəcəklər. Onlar eyni zamanda, İKT təlim kurslarına qatılacaq və biznes sahələrində müəyyən yerlər tutacaqlar. Huawei-in məqsədi İKT təlimləri üçün daha bacarıqlı tələbələri Azərbaycandan Çinə gətirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edən yerli İKT təlim proqramı açmaqdır.

Yerli olaraq, bu proqram dörd hissədən ibarət olan və “Gözəl Azərbaycan” adlanan Huawei-in mühüm KSM layihəsinin bir hissəsidir. Layihənin dörd hissəsi bunlardır: Gözəl Zəkalar, Gözəl Mədəniyyət, Gözəl Təbiət və Gözəl Xalq.

Huawei-in artan investisiyası böyük Azərbaycan millətinə sadiqliyi ilə Huawei, Çin və Azərbaycan arasındakı ticari və iqtisadi əlaqələri gücləndirmək yolunda daha böyük rol oynamaq niyyətindədir.

Paylaş:
1106

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər