Ucar sakini çaqqal əvəzinə qonşularını güllələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucar sakini çaqqal əvəzinə qonşularını güllələdi

13:06 - 17 / 05 / 2016
Ucar sakini çaqqal əvəzinə qonşularını güllələdi

Ucar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən güllələnmə hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə mayın 15-də sözügedən rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Ucar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər