Lvovda ermənilərin silahlı hücumu nəticəsində ağır yaralanan azərbaycanlı gənclərin kimliyi məlum olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lvovda ermənilərin silahlı hücumu nəticəsində ağır yaralanan azərbaycanlı gənclərin kimliyi məlum olub - FOTO

10:18 - 17 / 05 / 2016
Lvovda ermənilərin silahlı hücumu nəticəsində ağır yaralanan azərbaycanlı gənclərin kimliyi məlum olub - FOTO

Ukraynanın Lvov şəhərində ermənilərin silahlı hücumuna məruz qalaraq ağır yaralanan 6 azərbaycanlı gəncin adı məlum olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, ermənilərin hücumu nəticəsində konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Onlar hazırda Lvovdakı xəstəxanalardan birində müalicə olunurlar. Yaralılardan 4-ü baş nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır.

Qeyd edək ki, ötən gün Lvovda bir qrup erməni azərbaycanlılara silahlı hücum edib, 6 azərbaycanlı gənc ağır yaralanıb.

Şəhriyar Məhərrəmov və qardaşı Rəcəb Məhərrəmova məxsus dükana hücum edən ermənilər azərbaycanlıları təhqir ediblər.

Onlar 3 gün əvvəl Lvovda keçirilən uşu-sando üzrə yarışda separatçı “Dağlıq Qarabağ”ın bayrağının qaldırılmasına görə ermənilərin döyülməsi ilə nəticələnin kütləvi davanın qisasını almaq istədiklərini bildiriblər.

Hadisə zamanı M.Rəcəbov ermənilərin əlindən xilas olaraq digər azərbaycanlıların olduğu digər dükana keçib və oradakı azərbaycanlıların işə qarışması ilə dava kütləvi hal alıb. Əlbəyaxa davada döyüləcəklərini görən ermənilər silaha əl atıblar və azərbaycanlı gənclərə xəsarət yetirərək qaçıblar.

Hazırda Lvov hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti hadisəni araşdırır.

Davada iştirak edən ermənilər barəsində axtarış elan edilib.

1news.az

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər