Bakıda yük maşınında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük maşınında yanğın olub

1news Redaksiyası11:11 - 17 / 05 / 2016
Bakıda yük maşınında yanğın olub

Bakıda banına ot yığılmış yük avtomobilində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin banına yığılmış 6,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 05:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər