Hava şəraiti dəyişəcək, yağış yağacaq, temperatur 5-8 dərəcə aşağı enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, mayın 19-u günün ikinci yarısından ayın 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun mayın 20-də 4-7 dərəcə aşağı enəcəyi gözlənilir.
Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq ayın 21-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Havanın temperaturu mayın 20-də 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
1news.az