“İnsan hüquqları” aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnsan hüquqları” aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir

15:32 - 18 / 05 / 2016
“İnsan hüquqları” aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir

Ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda “İnsan hüquqları” aylığı keçirilir.

1news.az-ın məlumatına görə, hər il bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində əməkdaşlığın davamı olaraq dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Bu aylıq çərçivəsində Silahlı Qüvvələrdə də bir sıra tədbirlər keçirilir. Bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulması və qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, dəyirmi masalar, əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyindən bildiriblər ki, insan hüquqlarını təbliğ edən mövzularda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.

1news.az

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər