Hüseyn Bağırov Ağsuda vətəndaşları qəbul edəcək
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 27-də saat 10:00-da Ağsu şəhərində Ağsu, Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Uşaq Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Rəsulzadə küçəsi 174) keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri (əlaqə telefonları: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) xahiş olunur.
1news.az
791