Vergilər Nazirliyində yeni struktur yaradılıb
Vergilər Nazirliyi yanında vergi borcları ilə iş üçün yeni struktur yaradılıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.
Struktur Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi adını alıb.
S.Ələkbərov qeyd edib ki, nazirlik yanında baş idarəyə Zeynalabdin Məmmədzadə rəhbərlik edir:
"Bu struktur daha əvvəl Vergi cinayətləri və araşdırmaları departamenti yanında fəaliyyət göstərirdi, indi isə nazirliyin tabeliyinə keçib".
1news.az
509