Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

17:59 - 18 / 05 / 2016
Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar 19 may  2016-cı il tarixində  saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər