Bakı şəhəri və bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicisinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Buzovna qəsəbəsinin və Pirallahı rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
1news.az
390