Həvəskar futbol turnirinə start verilir, qaliblər Avropa Çempionatının oyununa gedəcək | 1news.az | Xəbərlər
Futbol

Həvəskar futbol turnirinə start verilir, qaliblər Avropa Çempionatının oyununa gedəcək

11:11 - 18 / 05 / 2016
Həvəskar futbol turnirinə start verilir, qaliblər Avropa Çempionatının oyununa gedəcək

Azərbaycanda həvəskar futbol turnirinə start verilir, qaliblər bu ilin yayında Fransada keçiriləcək Avropa Çempionatının yarımfinalına gedəcək. Turnirin  təşkilatçısı “Mini Futbol Liqası” (MFL) şirkətidir ki, onun planlarına Azərbaycanda futbolun məşhurlaşması daxildir.

“Bir ay ərzində keçiriləcək yarış “İlk MFL Kuboku” adına layiq görülüb. Turnir həvəskar futbolçulara tanış olan formatda keçiriləcək ki, onun da detalları yaxın günlərdə açılış mərasimində təqdim ediləcək”, - bu haqda 1news.az-a Kubokun təşkilatı məsələləri ilə məşğul olan, Sport Marketing Group şirkətinin rəhbəri Ayaz Əhmədov bildirib.

A.Əhmədovun sözlərinə görə, qalib komanda MFL tərəfindən mükafat olaraq – komandanın bütün üzvləri Fransada keçiriləcək Avropa Çempionatı-2016-ya gedəcək. Bununla yanaşı, komandanın bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və yarımfinal oyununa bilet xərcləri ödənəcək.

Turnirdə iştirak edin!

“İlk MFL Kuboku” mayın 22-də başlayacaq və bir ay davam edəcək. Oyunlar Bakı Olimpiya Satdionunun ərazisində, “Sportster” şirkətinin yeni meydanlarında keçiriləcək.

Turnirdə iştirak etmək üçün koordinatorun (055) 263-73-12 əlaqə nömrəsinə və ya [email protected] elektron poçtuna müvafiq məlumatları göndərmək lazımdır”, - Əhmədov bildirib.

Hansı məlumatların göndərilməsini dəqiqləşdirərkən, o, qeyd etdi ki, iştirakçılar aşağıdakı şərtlərə əməl etməlidir:

- Komanda 8 nəfərdən ibarət olmalıdır (5 oyunçu + 1 qapıçı - əsas tərkib, 2 oyunçu da əvəzedici), 

- Komandada son beş ildə hər hansı peşəkar futbol (futzal) liqasında oynayan peşəkar futbolçu olmamalıdır,

- Komandanın bütün üzvləri həddi-büluğ yaşına çatmış olmalıdır. Sübut olaraq təşkilatçılara şəxsiyyəti təsdiq edən sənədin surəti, həmçinin komandanın kapitanı göstərilməlidir (həmin şəxsin əlaqə nömrəsi təşkilatçılara verilməlidir),

- Komanda 200 manat civarında qeydiyyat rüsümunu ödəməlidir (bütün komanda üzrə). Bu məbləğ komandanın təşkilati məsələlərinə, hakim və meydanların icarəsinə sərf ediləcək. 

Nəzərə alsaq ki, iştirakçıların sayı məhduddur, ərizələr mayın 21-i, şənbə günü saat 12.00-a qədər aparılacaq.

Mayın 21-də günün ikinci yarısında komandanın nümayəndələri ilə görüş keçiriləcək. Görüş zamanı turnir haqda təqvim, reqlament və detallı məlumatlar müzakirə olunacaq.

“Biz istər “məhəllə” oyunları həvəskarlarını, istərsə də müxtəlif təşkilatlardan olan komandaları dəvət edirik. MFL istənilən komadaya şans verməyə hazırdır. Bir şərtlə ki, həmin komandanın üzvləri hazırda peşəkar səviyyədə futbol oynayan olmasınlar”, - Əhmədov bildirib.

 “İlk MFL Kuboku”nda iştirak etmək istəyənlər təşkilatçılarla aşağıdakı koordinatlarla əlaqə saxlaya bilərlər:

Telefon: (+994 55) 263-73-12

Elektron poçt: [email protected]

Bu, hələ başlanğıcdır...

Həmçinin Ayaz Əhmədovun sözlərinə görə, bu, hələ başlanğıcdır.

“İlk Kubok”nun başa çatmasından sonra MFL yaxın zamanlarda yeni irimiqyaslı layihə həyata keçirəcək ki, bu formatda futbolla maraqlanan yüzlərlə, hətta minlərlə vətəndaş itirak edə biləcək.

“İlk Kubok”nun başa çatdıqdan sonra, MFL – həvəskarlar liqasında tamhəcmli turnir başlayacaq ki, burada komandalar aylar ərzində ölkənin ən güclü mini futbol komanadası uğrunda mübarizə aparacaq. MFL Azərbaycan Futbol Federasiyası Asossiasiyasının (AFFA), PFL, Futzal və Həvəskar Futbol federasiyalarının dəstəyilə yaradılır.

A.Əhmədovun sözlərinə görə, bu turnir hər il sentyabrdan iyuna qədər keçiriləcək. Turnir tournament (liqa) sxeminə uyğun olaraq keçiriləcək ki, burada turnir cədvəli, statistika və s. olacaq. Turnirdə xal qazanan komadaların hesabı artıq tamamlanmaq üzrə olan MFL-in saytında öz əksini tapacaq.

“İlk mövsüm 2016-cı ilin sentyabrında, məzuniyyətlər bitən vaxtı başlayacaq. Lakin hazırda biz, iştirakçıların qeydiyyatı ilə məşğul olacağıq. Turnirin yekunu olaraq hər il qalib komandalar yalnız mükafat almaqla kifayətlənməyəcək, həmçinin Azərbacanı digər ölkələrdə keçiriləcək analoji turnirlərdə təmsil etmək imkanı əldə edəcək”, - A.Əhmədov bildirdi. 

“Hələ ki, payıza qədər vaxt olduğu üçün biz, bütün futbol həvəskarlarını “İlk MFL Kuboku”nda iştirak etməyə dəvət edirik. Avropa Çempionatı-2016-nın yarımfinalına məhz, siz göndərilə bilərsiniz”, - sonda o, qeyd edərək xatırlatdı ki, ərizələr mayın 21-i, şənbə günü saat 12.00-a qədər qəbul ediləcək.

1news.az

Paylaş:
6277

Sizin üçün xəbərlər

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər