Mübariz Qurbanlı: “Ermənilərin aprel döyüşlərində tarixi abidələrə və məscidlərə vurduğu ziyanın həcmi araşdırılır”
"Ötən aprel ayında ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində tarixi abidələrə və məscidlərə dəymiş ziyanın həcmi araşdırılır".
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bununla bağlı Komitə tərəfindən müvafiq qurumlara müraciət edilib:
"Hazırda araşdırmalar aparılır. Bu proses başa çatdıqdan sonra yaşayış məntəqələrinin bərpası ilə yanaşı tarixi abidələrin, o cümlədən məscidlərin bərpası həyata keçiriləcək".
1news.az
359