Hikmət Hacıyev: “Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: “Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır”

13:25 - 19 / 05 / 2016
Hikmət Hacıyev: “Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır”

Azərbaycana məxsus  təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatların toplanması aparılır.

1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev dünən Azərbaycana məxsus təyyarənin Əfqanıstanda qəzaya uğramasına münasibət bildirərkən deyib.

“SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır.

Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür”- deyə, H.Hacıyev qeyd edib.

Xatırladaq ki, dünən “Silk Way” şirkətinə məxsus An -12 təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 9 ekipaj üzvündən 7-si dünyasını dəyişib. Sağ qalan iki nəfərin isə vəziyyətinin stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb.

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər