Çayda batan İsmayıllı sakininin cəsədi sudan çıxarılıb
İsmayıllı rayonunda çayda batan şəxsin cəsədi sudan çıxarılıb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Namazgah kəndi ərazisindən keçən Girdiman çayında (ən yaxınlıqdakı məntəqədən 160 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1974-cü il təvəllüdlü, Kərimli Kamal Rəhman oğlunun cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az
478