Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Leyla Əliyeva ilə görüş keçirilib -FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Leyla Əliyeva ilə görüş keçirilib -FOTO

23:18 - 19 / 05 / 2016
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Leyla Əliyeva ilə görüş keçirilib -FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) (MDBMİ) Azərbaycanlı Məzunlar Assosiasiyasının prezidenti Leyla Əliyeva bu ali təhsil müəssisəsində olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Universitetin rektoru Anatoli Torkunov və ali məktəbin tələbələri ilə görüşdə MDBMİ-nin Heydər Əliyev Fondu və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) ilə əlaqələrinə toxunulub, habelə bu ali məktəb məzunlarının Bakıda müntəzəm görüşlərinin təşkili məsələsi müzakirə edilib.

Leyla Əliyeva universitetin müəllimləri və Azərbaycandan olan tələbələrlə söhbət edib, bu cür görüşlərin təşkilinin və həmvətənlər arasında əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edib.

MDBMİ-nin ümumi məsələlər üzrə prorektoru Artyom Malqin fəxri qonağı təqdim edərək deyib ki, Leyla Əliyevanı təkcə azərbaycanlı tələbələr deyil, həm də Bakının səmimiyyətlə qəbul etdiyi Məzunların Birinci Forumunda iştirak etmiş bütün tələbələr və məzunlar tanıyır və sevirlər.

Universitetin Azərbaycan Klubunun sədri Cavid Hüseynov bu qurumun fəaliyyətindən danışıb, klubun ilk sədri Leyla Əliyevanın əsasını qoyduğu ənənələrin davam etdirildiyini bildirib.

Postsovet Tədqiqatları Mərkəzinin kiçik elmi işçisi Elnur Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafında mərkəzin rolundan danışıb. Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsumova Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən söhbət açıb və fakültənin tələbələri üçün Azərbaycana səfərlərin təşkili ənənəsinin davam etdirilməsi təklifini irəli sürüb.

Qeyd edək ki, MDBMİ Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ildə Bakıda bu universitetin məzunlarının birinci Forumu keçirilib. Bu Forum 30 ölkədən 400 məzunu Azərbaycanın paytaxtında bir araya gətirib.

1news.az

Paylaş:
627

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər