Bakıda polisi və küçələri bir-birinə qatan sərxoş “avtoş” tutuldu – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda polisi və küçələri bir-birinə qatan sərxoş “avtoş” tutuldu – VİDEO

15:35 - 20 / 05 / 2016
Bakıda polisi və küçələri bir-birinə qatan sərxoş “avtoş” tutuldu – VİDEO

Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin “saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb.

1news.az anspress-ə istinadən xəbər verirk i, “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində xuliqanlıq edib. Abdullayev Nicat Nurpaşa oğlu adlı sürücü hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib.

Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Demək olar ki, tam anlaqsız vəziyyətdə olan Nicat, nə danışacağını da unutmuşdu.

Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.

İndi Nicat Abdullayev bu əməlinə görə, məhkəmə qarşına çıxacaq. Onun 20 sutkaya yaxın həbs cəzası alacağı gözlənilir. 

Bu ilin son 5 ayı ərzində isə Bakıda Nicat kimi avtoxuliqanlıq edən 40 sürücü cəzalandırılıb. Amma görünən odur ki, cəzalar nə qədər sərtləşdirilsə də, hələ də adrenalin sayılan avtoxuliqanlığın qarşısını tam almaq mümkün olmur. Nicatın isə qarşısı alındı. Özünün və başqalardan həyatını məhv etmədən.

1news.az

Paylaş:
11698

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər