Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib - FOTO

16:01 - 20 / 05 / 2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” keçirilib - FOTO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə demoqrafiya sahəsində əhali üzrə proqnozların hazırlanması ilə bağlı “Məlumat mübadiləsi saatı” keçirilib.

1news.az-a nazirlikdən bildiriblər ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Ombudsman Aparatının, BMT-nin Əhali Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, beynəlxalq ekspertlər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əhali sakinliyi və demoqrafik inkişaf məsələsinin Azərbaycan hökumətinin gündəliyində mühüm yer tutduğunu qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə dinamik tərəqqini təmin etməklə yanaşı, ölkəmizdə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzanmasına, müsbət miqrasiya saldosuna və s. imkan yaradıb. M.Kərimli Azərbaycanda demoqrafik siyasətin BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində formalaşdırıldığını və həyata keçirildiyini, ölkəmizdə demoqrafik proqnozların hazırlanması işlərində də bu əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev demoqrafik proseslərin sabit şəraitdə davam etməsi üçün məqsədyönlü siyasətin aparılmasında demoqrafik proqnozların hazırlanmasının əhəmiyyətindən bəhs edib. O bununla əlaqədar ekspertlər arasında qarşılıqlı məlumat mübadiləsinə imkan verən belə tədbirlərin də önəmli olduğunu bildirib.

Tədbirdə demoqrafiya sahəsi üzrə beynəlxalq ekspert, Çexiyanın Karlov Universitetinin professoru Tomaş Kuçera demoqrafik proqnozlaşdırmanın xüsusiyyətləri, bu sahədə Avropa təcrübəsi barədə məlumat verib. Daha sonra Azərbaycan və dünya əhalisinin say, cins, yaş tərkibi baxımından demoqrafik inkişaf proqnozları müqayisəli formada təqdim olunub və təqdimat əsasında müzakirələr aparılıb.

1news.az

Paylaş:
578

Son xəbərlər

Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13
Bütün xəbərlər