“Qəbələ bürünc medallara sahib çıxdı, “Neftçi” Avroliqaya vəsiqə qazandı | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ bürünc medallara sahib çıxdı, “Neftçi” Avroliqaya vəsiqə qazandı

23:23 - 20 / 05 / 2016
“Qəbələ bürünc medallara sahib çıxdı, “Neftçi” Avroliqaya vəsiqə qazandı

Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub.

1news.az-ın məlumatına görə, çempionatın sonuncu - 36-cı turunun qarşılaşmaları eyni gündə keçirilib.

Çempionatda birinci və ikinci yerin sahiblərinə daha əvvəldən aydınlıq gəldiyi üçün sonuncu tur bürünc medalların sahibinin hansı klub olacağı baxımından əhəmiyyətli idi. 

Bu məsələyə isə Gəncədə aydınlıq glib. Belə ki, səfərdə “Kəpəz”ə minimal hesabla qaliv gələn “Qəbələ” çempionatı üçüncü pillədə başa vurmaqla bürünc medallara sahib çıxıblar.

Bürünc medala iddialı olan “İnter” isə son turda artıq “gümüş”ü özü üçün təmin etmiş “Zirə”ni minimal hesabla məğlub etsə də, medalsız qalıb.

Son tur çempionatın iki autsayderinin dueli ilə də əlamətdar olub. Səfərdə “Rəvan”la 2:2 hesablı bərabərə qalan “Xəzər Lənkəran” mövsümü sonuncu pillədə başa vurub.

Günün son iki matçı isə avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirib. Avrokuboklara sonuncu vəsiqəyə iddia edən “Neftçi” səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə məğlub olsalar da Avroliqaya vəsiqəni qazana bilib. Buna AZAL-ın çempion “Qarabağ”a 0:3 hesabı ilə uduzması imkan verib.

Beləliklə, Topaz Premyer Liqasının 2015/16 mövsümünün qalibi “Qarabağ”, gümüş mükafatçı “Zirə”, üçüncü pillənin sahibi isə “Qəbələ” olub. 

Növbəti mövsüm Azərbaycanı Avrokuboklarda “Qarabağ” (Çempionlar Liqası), “Kəpəz”, “Qəbələ” və “Neftçi” (hər üçü Avropa Liqası) təmsil edəcəklər.

Qeyd edək ki, “Zirə” və “İnter” turnir cədvəli sıralamasına görə Avrokuboklara getməli olsalar da, debütant UEFA-nın yüksək dəstədə minimum 3 il iştirak tələbini qarşılaya bilmədiyi, “bankirlər” isə Avropanın ali futbol qurumu tərəfindən cəzalandırıldıqları üçün qitə miqyaslı yarışlara buraxılmayıblar.

Mövsümün bombardiri isə 15 qolla “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana olub. 

 

Topaz Premyer Liqası

XXXVI tur

20 may (cümə)

 

“Kəpəz” – “Qəbələ” - 0:1

Qol: Aleksey Qay, 76

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Nüvər  Xasıyev                      

Hakim-inspektor: Füzuli  Nəcəfov

Gəncə şəhər stadionu

Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 3:0

 

“İnter” – “Zirə” - 1:0

Qol: Abbas Hüseynov, 69

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Vaqif  Davudov                      

Hakim-inspektor: Gülağa  Cabarov

“İnter Arena”

Mövsümün əvvəlki oyunları: 0:0, 0:0, 1:2

 

“Rəvan” – “Xəzər Lənkəran” - 2:2

Qollar: Yasin Həmid, 76; Ramazan Abbasov, 82 (p) - Bayram Budaqov, 2; İbrahim Qədirzadə, 66

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov

AFFA nümayəndəsi: Şaiq  Həmidov                        

Hakim-İnspektor: Məhəmməd  Məmmədov

Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 0:0

“Bayıl Arena”

 

“Qarabağ” – AZAL - 3:0

Qollar: Mahir Mədətov, 22, Migel Madera, 31, Dani Kintana, 41

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi : Ramiz  Mustafayev              

Hakim-inspektor: Məlik  Həsənov

Suraxanı qəsəbə stadionu

Mövsümün əvvəlki oyunları: 2:0, 2:0, 0:1

 

“Sumqayıt” – “Neftçi” - 2:1

Qollar: Vaqif Cavadov, 17, Amil Yunanov, 63 - Araz Abdullayev, 14

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi : Ramiz  Abdullayev               

Hakim-inspektor: Xaqani  Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Mövsümün əvvəlki oyunları: 1:2, 1:2, 0:1

 

Turnir cədvəli

1

 Qarabağ

36

26

6

4

66-21

84

2

 Zirə

36

17

11

8

42-31

62

3

 Qəbələ

36

16

11

9

44-28

59

4

 İnter

36

16

11

9

39-28

59

5

 Kəpəz

36

15

11

10

48-40

56

6

 Neftçi

36

13

10

13

41-41

49

7

 AZAL

36

13

7

16

26-38

46

8

 Sumqayıt

36

9

12

15

41-49

39

9

 Rəvan

36

5

9

22

28-63

18

10

 Xəzər L

36

3

6

27

16-51

15

 

* - “Rəvan”ın hesabından 6 xal silinib.

Bombardir: Dani Kintana (“Qarabağ”) – 15.

1news.az

 

Paylaş:
811

Sizin üçün xəbərlər

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər