Quba-İspik-Xınalıq yolu qaya parçalarından təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba-İspik-Xınalıq yolu qaya parçalarından təmizlənib

11:41 - 22 / 05 / 2016
Quba-İspik-Xınalıq yolu qaya parçalarından təmizlənib

Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsi dağlardan qopan qaya parçaları və torpaq kütləsindən tam təmizlənib.

Bununla da mayın 21-də axşam saatlarından Xınalıqla bərabər, bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndləri ilə də nəqliyyat əlaqəsi bərpa olunub.

Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşüb. Ağırlığı 15-20 ton olan iri qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

Təbii proseslərlə əlaqədar yaz aylarında bu kimi hallar tez-tez baş verir. Qaya parçalarının və torpaq kütləsinin yolun hərəkət hissəsinə tökülməsi səbəbindən Quba-Xınalıq yolu son vaxtlar təxminən 10 dəfə müvəqqəti bağlanıb.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər