Cavid Qarayev: “ Avro-2016 zamanı Olimpiya stadionunda peşəkar şərhçilərin iştirakı ilə ictimai izləmə məkanları yaradılacaq” | 1news.az | Xəbərlər
İdman

Cavid Qarayev: “ Avro-2016 zamanı Olimpiya stadionunda peşəkar şərhçilərin iştirakı ilə ictimai izləmə məkanları yaradılacaq”

17:10 - 23 / 05 / 2016
Cavid Qarayev: “ Avro-2016 zamanı Olimpiya stadionunda peşəkar şərhçilərin iştirakı ilə ictimai izləmə məkanları yaradılacaq”

Sportbox.az Bakı Olimpiya stadionunun direktoru Cavid Qarayevlə müsahibəni təqdim edir.

- Gənclər arasında Avropa Cempionatının bir neçə oyunu Olimpiya stadionunda keçirilib. Stadion növbəti sınaqdan çıxa biləcəkmi? Çempionatın açılış günü hər hansı problem yaşandımı?

- Birmənalı şəkildə demək olr ki, stadion qarşıya qoyulan tapşırığı yerinə yetirdi. Açılış mərasimi yüksək səviyyədə keçdi və heç bir problem yaranmadı. Gələn izləyicilərin rahatlığını təmin etmək üçün əlavə parklama yerləri təqdim olunmuşdu. Qeyd edək ki, bu çempionat gənclər turnirinə gələn izləyicilərin sayına görə dünya rekordu qazanıldı. Tamaşaçı sayı 33 min nəfər olub.

- Yarımfinal və final oyunlarının Olimpiya stadionunda keçirilməməsi haqqında UEFA-nın qərarı sizin  üçün gözlənilməz oldumu?    

- Bu məsləhət gözlənilməz deyildi. Məsələ ondadır ki, UEFA-nın əsas tələblərindən biri də odur ki, televiziyada dəqiq “mənzərə”ni təmin edən amillərdən biri də tribunaların dolu olmasıdır. Bizim yığmanın final oyunu zamanı əminəm ki stadion tam olaraq dolu olar- 68700 nəfər izləyici toplayaraqdı. İnanıram ki, gənclərimiz gələcək çempionatlarda ən yüksək nəticələr əldə edəcəklər.

- Nə üçün Olimpiya stadionu əvvəldən yarlmfinal və final oyunlarının keçiriləcəyi  arena kimi bəyan edilib? Axı aydın idi ki, Azərbaycan yığmasının matçı olmasa tribunalar dolmayacaq.

- Stadion UEFA tərəfindən turnirin əsas obyekti kimi müəyyən olunub. Qeyd etmək lazımdır ki, Olimpia stadionunda iştirakçı komandaların məşq etməsi üçün yaxşı şərait var. Burada sonuncu matçın mayın  12-də keçirilməsi nəzərdə tutulsa da, meydançalardakı məşq qrafiki finala kimi tərtib olunmuşdu. Hal-hazırda bizim 2 məşq meydanımız və 1 əsas oyun sahəmiz var ki, o da yüksəək keyfiyyətli təbii örtükdən örtülüb.

- Yenə də azarkeşlərin şikayəti səslənir ki, stadiona çatmaq üçün piyada uzun məsafəni qət etmək lazımdır. Bu “Koroğlu” metrosu və Dərnəgül istiqamətindən gələn azarkeşlərin fikirləridir. Orada azarkeşlərin hərəkətini rahatlaşdırmaq üçün pilləkənlərin tikilməsi planlaşdırılırmı? Bu məsəlkə olimpiya stadionu rəhbərliyinin nəzarətinə daxildirmi?

- İctimai nəqliyyatın dayanacağından idman obyektinə qədər müəyyən məsafənin olması dünya praktikası üçün normaldır. Lakin qonaqların rahatlığını təmin etmək üçün “Koroğlu”metro stansiyasından stadiona qədər avtobus qovşağı yaradılıb. Avtobuslar  bu istiqamətdə hərəkət eədərək stadionun perimetri boyunca  3 məntəqədə dayanacaq. Yxın günlərdə bu yünilik tətbiq olunacaq. Pilləkənin tikintisi ilə bağlı məlumatımız yoxdur. Ola bilsin ki, rayonun infrastruktururnun gələcək inkişafı zamanı bu nəzərə alınacaq.

- Bu yaxınlarda stadionda Bakı marafonunun finişi oldu. Stadion ərazisində əyləncə mərkəzi təşkil olunmuşdu. Bu tədbirlə bağlı təəssüratlarınızı paylaşmağınızı istərdim. Daha hansı qeyri-futbol tədbirlərinin stadionda keçirilməsi planlaşdırılır?

- Təəssüratlarım müsbətdir. Bu istiqamətdə Bakida keçirilən ilk tədbirdir. Ümid edirəm ki, marafon hər il keçiriləcək. Sevindirici haldır ki, qısa zaman ərzində 7000 nəfər qeydə alınıb və onların əksəriyyəti finala qədər gəlib. Stadion ərazisində qaçışçıların üçün xüsusi fan-zona yaradılıb ki, burada onların dostları və ailələri üçün müxtəlif əyləncələr təşkil olunub, atletlərin özləri üçün isə mükafatlandırma mərasimi keçirilib. Ümumilikdə, isə marafon günü stadionda 15000 qonaq iştirak edib. Bu sevindirici haldır.

Yay mövsümü üçün bizim planlarımız çoxdur. Avropa çempionatı yaxınlaşır. Bununla əlaqədar olaraq ARDNŞ təşəbbüsü və Sport Marketing Group-un dəstəyi ilə stadionda peşəkar şərhçilərin iştirakı ilə matçları ictimai izləmə zonaları yaradılacaq. Bununla yanaşı biz Veloidman Federasiyası ilə də əməkdaşlıq edirik. Yarışın final oyunu bizim meydanda keçiriləcək.

Azərbaycan Avtomobil Federasiyası ilə əməkdaşlıq çərçivəsinə avtomobil şousu hazırlanır və metkartinqə start veririk.  Bir neçə gündən sonra böyük bir şirkətin bizim ərazidə idman timbildinqi keçiriləcək. Bir növ mini olimpiadanı xatırladan belə tədbirlərin ənənəvi olmasını arzu edirik. Ümumilikdə isə biz bütün ideyalayara və təşəbbüslərə açığıq və onların uğurla həyata keçirilməsi üçün hər bir şəraiti yaradırıq.

- Stadion ərazisində infrastrukturun yaradılması hansı templə həyata keçirilir?

- Ən aktiv templərlə. Daha bir məşq zalı istifadəyə verilib. Kommersiya əməkdaşlığı çərçivəsində 3 mini futbol meydanı ( 44x22) istifadəyə verilib. Bu meydanda mayın 22-də həvəskar futbolçular üçün turnir keçiriləcək. Qalib komandanın bütün üzvləri Fransaya Avro-2016-ya səfər edəcək.

Sentyabr ayında kütləvi futbolun ən bariz nümunəsi olan Milli Futbol Liqasına start veriləcək. Overtime idman barı, Olympicafe kafeteriyası fəaliyyət göstərir. Birgə fəaliyyət mərkəzində təhlükəsiz iarəetmə təlimləri, stadionda və CSC Sport kanalında içtimaiyyətə açıq turlar   təşkil olunur.     

Bakı Olimpiya stadionu təkcə idman obyekti deyil, o həm də ictimai istirahət və biznes investisiya üçün böyük bir mərkəzdir. Yaxınlarda biz qruplar üçün nəzərdə tutulmuş əyləncələri təqdim edəcəyik.

- İstisna olunmur ki, bu payız mövsümündə “Qarabağ” Çempionalar Liqasının qrup mərhələsində çıxış edəcək. Ev oyunlarının keçirilməsi üçün Olimpiya stadionunun elan olunması ilə bağlı klubdan müraciət daxil olubmu?

- Klub tərəfindən müraciət olmayıb. Lakin biz hər zaman matçların keçirilməsinə hazırıq.

1news.az

Paylaş:
1651

Son xəbərlər

Bütün xəbərlər