AFFA-nın rəsmi fanşopu açılıb – FOTO | 1news.az | Xəbərlər
Futbol

AFFA-nın rəsmi fanşopu açılıb – FOTO

11:48 - 23 / 05 / 2016
AFFA-nın rəsmi fanşopu açılıb – FOTO

Port Baku Mall-un 3-cü mərtəbəsində yerləşən “GoSport” idman malları mağazasında AFFA-nın rəsmi fanşopu açılıb.

1news.az-ın məlumatına görə, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər.

Açılışda milli komandanın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, azarkeşlərə imza paylayıblar.

Tədbirdə iştirak edən AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, AFFA “GoSport”la bu əməkdaşlıqda çox maraqlıdır. Bu əməkdaşlıq sayəsində futbol azarkeşləri şəhərin mərkəzində yerləşən mağazadan çox rahatlıqla milli komandanın geyimlərini əldə edə biləcəklər. “GoSport”la əməkdaşlığın nəticəsi olaraq satış xərcləri azaldığı üçün malların qiyməti iki dəfə endirilib.

Qeyd edək ki, “GoSport” Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend mağazadır. Tezliklə “GoSport”un Gənclik Mall-da yerləşən digər mağazasında da AFFA-nın rəsmi fanşopu fəaliyyətə başlayacaq.

1news.az

Paylaş:
571

Sizin üçün xəbərlər

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər