Hüseyn Bağırovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüseyn Bağırovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

18:06 - 24 / 05 / 2016
Hüseyn Bağırovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun mayın 27-də Ağsu şəhərində keçirilməsi planlaşdırılan vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.

1news.az-ın məlumatına görə, görüş iyunun 3-də baş tutacaq.

Saat 10:00-da Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək görüşdə Ağsu ilə yanaşı Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri (əlaqə telefonları: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) xahiş olunur.

1news.az

 

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər