SAM-ın direktoru Astanaya səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM-ın direktoru Astanaya səfər edəcək

11:02 - 24 / 05 / 2016
SAM-ın direktoru Astanaya səfər edəcək

25-26 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.

SAM-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, F.Məmmədov səfərin ilk günü Türkdilli Dövlətlərin Türk Şurasının 3-cü görüşündə iştirak və çıxış edəcək.

Tədbirdə həmçinin Türkiyə və Qırğızıstanın Strateji Araşdırma Mərkəzlərinin direktorları, Türk Şurası və dövlət qurumlarının rəhbərləri, ekspertlərin iştirakı planlaşdırılır.

Səfərin ikinci günü F.Məmmədovun 9-cu Astana İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.

1news.az

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər