BANM tələbələri qaliblər beynəlxalq müsabiqənin qalibləri sırasında yer alıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM tələbələri qaliblər beynəlxalq müsabiqənin qalibləri sırasında yer alıb – FOTO

12:19 - 24 / 05 / 2016
BANM tələbələri qaliblər beynəlxalq müsabiqənin qalibləri sırasında yer alıb – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, "Microsoft Azərbaycan" və "Nar Mobile" tərəfindən təşkil olunmuş "Microsoft Imagine Cup 2016" irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qaliblər sırasında olublar.

1news.az xəbər verir ki, BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 2-ci kurs tələbəsi Baxşılı Əmiraslan və "Neft-qaz mühəndisliyi"ixtisasının 2-ci kurs tələbəsi Əlixanov Orxan "Oyunlar" nominasiyası üzrə ikinci yerin, eyni zamanda "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan Rəhimli Rəhim, Ömərov Şamil, Kərimov Kərim, Abbasova Leyli "Sosial layihələr" nominasiyası üzrə ikinci yerin qalibləri olublar.

Qeyd edək ki, bu il müsabiqədə iştirak edən ali və peşə təhsili müəssisələrinin tələbələrindən ibarət 25 komanda üç nominasiya üzrə yarışıb. Onlardan 15-i milli seçim turunu və onlayn yarımfinalı uğurla keçərək milli finala vəsiqə qazanıb.

"Sosial layihələr", "İnnovasiya" və "Oyunlar" nominasiyaları üzrə ən yaxşıları olmuş üç komanda müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb ki, bu mərhələdə onlayn səsvermə təşkil olunacaq və bununla da komandalar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 50 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edib.

1news.az

Paylaş:
713

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər