Nazir Şahin Mustafayev İrana gedir
Bu gün iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə gedəcək.
1news.az-ın məlumatına görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair müzakirələr aparılacaq, Azərbaycan nümayəndə heyəti Şimal-Cənub dəhlizinin bir hissəsi olan və hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxış keçirəcək.
1news.az
681