Kapital Bank-ın “Visa” kartları ilə azularınızın səyahətini qazanın | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın “Visa” kartları ilə azularınızın səyahətini qazanın

11:30 - 25 / 05 / 2016
Kapital Bank-ın “Visa” kartları ilə azularınızın səyahətini qazanın

Kapital Bank-ın “Visa Gold” və “Visa Platinum” kart sahibləri “Arzularınızın səyahətinin qazanın” aksiyasında iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

“Visa”-nın “Premium” kartları ilə alış-veriş etdikdə 6 ədəd səyahət paketi və 120 ədəd “Sabina” parfümeriya və kosmetika mağazalarına kupon əldə etmək olar.

Aksiyanın şərtlərinə görə müştərilər, ən azı 50 AZN-lik nağdsız ödəniş etməli, bu ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirməli və ödənişin qəbzini özündə saxlamalıdırlar.

Aksiya 31 iyul 2016-cı il tarixinədək davam edəcək. Aksiya barədə ətraflı məlumat üçün - https://www.visa-promotions.com/promotions/premiumaz/register.jsp .

“Visa” kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər