Azərbaycanda vətəndaşların müraciətlərinə baxmayan məmurların cəzalandırılması təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda vətəndaşların müraciətlərinə baxmayan məmurların cəzalandırılması təklif olunur

12:29 - 25 / 05 / 2016
Azərbaycanda vətəndaşların müraciətlərinə baxmayan məmurların cəzalandırılması təklif olunur

Milli Məclisin İnsan hüquqları komitəsinin mayın 25-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunub. 

1news.az-ın verdiyi xəbərə görə, dəyişikliklə bağlı təklifdə bildirilir ki, vətəndaşların müraciətlərinə baxmayan məmurlar 100 manat, hüquqi şəxslər isə 200 manat civarında cərimələnsin.

İclasda çıxış edən millət vəkili Elman Nəsirov bildirib ki, vətəndaşlar adətən müraciətlərinin baxılmamasından narazıdır:

“Bu təkliflərin irəli sürülməsi vətəndaşların müraciətlərinin qəbul edilməsi və baxılmasına gətirib çıxaracaq”.

Bununla yanaşı, E.Nəsirov təklif edib ki, 100-200 manat civarında cərimələr o qədər də yüksək məbləğ deyil. Buna görə də bu məbləğ artırılsın.

Dəyişikli parlamentin plenar iclasında baxılması üçün tövsiyə olunub.

1news.az

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər