Azərbaycan-Fransa Universitetinin təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Fransa Universitetinin təqdimatı keçirilib

15:33 - 26 / 05 / 2016
Azərbaycan-Fransa Universitetinin təqdimatı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərindəki orta məktəblərin 11-ci sinif şagirdləri ilə görüş keçirilib.

1news.az  xəbər verir ki, görüşdə universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Rektor Azərbaycan və Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - Azərbaycan-Fransa Universitetinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ADNSU-nun tələbələrinin bilik səviyyəsinin yüksək olduğunu qeyd edib. Səfir bildirib ki, bu ali təhsil müəssisəsinin nəzdində Azərbaycan-Fransa Universitetinin yaradılması tərəflər arasında əməkdaşlığın inkişafına xidmət edir.

Tədbirdə 2016-2017-ci tədris ilində fəaliyyətə başlayacaq Azərbaycan-Fransa Universitetinin təqdimatı olub.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər