Moldova prezidenti İlham Əliyevi təbrik edib
Moldova Respublikasının prezidenti Nikolaye Timofti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan şərəf və xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının bütün sahələrdə, xüsusən sosial və iqtisadi sferalarda qazandığı sanballı uğurları vurğulayaraq, bildirmək istəyirəm ki, bu nailiyyətlər dövlətinizin prioritet vəzifələri həyata keçirməyə istiqamətlənmiş məqsədyönlü siyasəti sayəsində mümkün olub.
Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dialoqun inkişafı, habelə mövcud qarşılıqlı hörmət gələcəkdə də ölkələrimizin və xalqlarımızın ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfələr verəcək.
Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.
1news.az