Futzal millisi braziliyalı mütəxəssisə həvalə olundu | 1news.az | Xəbərlər
İdman

Futzal millisi braziliyalı mütəxəssisə həvalə olundu

1news Redaksiyası20:12 - 26 / 05 / 2016
Futzal millisi braziliyalı mütəxəssisə həvalə olundu

Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

1news.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, milli komandanın baş məşqçisi vəzifəsi braziliyalı mütəxəssis Milton Luiz Ziller Juniora həvalə olunub.

Xatırladaq ki, daha əvvəl futzal üzrə Azərbaycan milli komandasını ispan Peres Moreno Qomes Faustino çalışdırıb. O, keçən ay istefa verərək komandadan ayrılıb.

1news.az

 

Paylaş:
836

Son xəbərlər

Bütün xəbərlər